Ana səhifə

30–mərtəbəli, A+ klass Azure Biznes Mərkəzi, zamanla ayaqlaşan, aktiv həyat tərzi ilə biznesi bir ortama gətirmək istəyən iş adamları üçün inşa edilib.

Azure Biznes Mərkəzinin binası öz memari görünüşü ilə irəliyə yönələn yelkənli gəmini xatırladaraq, biznes başlanğıclarında uğur və nailiyyətlərin rəmzi sayılır.

Diqqətinizə təqdim etdiyimiz, rahatlıq və keyfiyyət meyarları baxımından öz mükəmməlliyi ilə səciyyələnən 30-mərtəbəli A sinifli Biznes mərkəzi professionallıqla idarə edilən super-müasir obyektin icarəçisi olacaq istənilən şirkətin yüksək status göstəricisidir. Hazırda obyektin 60% sahəsi artıq realizə olunub – bu, Bakı şəhərinin kommersiya daşınmaz əmlakı bazarındakı əsas oyunçuları arasında onun tanınmasını nümayiş etdirir.

Sizə tam təmirli otaqların icarəsi, eləcə də əldə edilməsi təklif olunur. İcarə müddəti 11 aydan 7 ilə qədərdir.

Potensial icarəçilər arasında həmin ofislərə olan yüksək tələbat bir sıra önəmli amillərə əsaslanır, o cümlədən:

- Obyektin rahat yerləşdirilməsi,

- Şəhərin mərkəzinə və dənizə açılan gözəl mənzərə,

- Avropanın ən iri ailəvi əyləncə mərkəzi olan MegaFun-ın mövcudluğu.

Ofislərin yerləşmə planı

Azure Biznes Mərkəzinin yerləşdiyi məkan biznes əlaqələrin qurulması və işgüzar görüşlərin keçirilməsi üçün ideal yerdir.

Bakının mərkəzində və eyni zamanda paytaxtın səs-küyündən aralıqda, onun Xəzərə baxan ekoloji-təmiz hissəsində yerləşən, şəhərin bütün nöqtələrinə rahat yolu olan Azure Biznes Mərkəzi aktiv iş fəaliyyəti üçün maksimal komfortlu şəraitə zəmanət verir.

Ən son texniki avadanlıqla təchiz olunmuş bu mərkəzdə 200 ofis fəaliyyət göstərir.

 

Bizim üstünlüklərimiz

Rahat şərait

Azure Biznes Mərkəzində səmərəli iş fəaliyyəti üçün ən xırda detallara qədər hər şey düşünülüb:

- ayrıca giriş,

- mərkəzləşdirilmiş havalandırma,

- soyutma/isitmə sistemləri,

- isti-soyuq suyun fasiləsiz təminatı,

- isti- soyuq suyun filtrasiyası,

- içməli və texniki su ehtiyatları üçün hövzələr,

- elektrik generatorları,

- enerjiyəqənaət sistemi,

- yüksəksürətli İnternet,

- kabel televiziyası,

- məişət xidmətləri mərkəzləri və s.,

- dünyanın ən etibarlı istehsalçısı adını qazanan OTİS firmasının panoramlı yük və sərnişin lifləri və eskalatorları Biznes Mərkəzinin bir mərtəbəsindən digərinə rahat keçidi təmin edir.

 

Təhlükəsizlik və yanğından müdafiə

Azure Biznes Mərkəzinin ərazisi etibarlı şəkildə qorunur. Ən müasir texniki avadanlıq və siqnalizasiya ilə təchiz olunmuş daxili və xarici təhlükəsizlik sistemləri, 24 saat videomüşahidə aparan mərkəzi post, turniket və maqnit kartları ilə giriş sistemləri güvənli təhlükəsizliyə zəmanətdir.

Mərkəzin bütün ofis və otaqlarında ən müasir siqnalizasiya, tüstüçəkən sistemləri, yanğından xəbəredicilər və yanğınsöndürənlər quraşdırılıb.

Fors-major hallar üçün nəzərdə tutulan yüksəktəzyiqli su nasosları günün 24 saatı hazır vəziyyətdədir.

Yerimiz

Azure Biznes Mərkəzinin yerləşdiyi məkan biznes əlaqələrin qurulması və işgüzar görüşlərin keçirilməsi üçün ideal yerdir.

Bakının mərkəzində və eyni zamanda paytaxtın səs-küyündən aralıqda, onun Xəzərə baxan ekoloji-təmiz hissəsində yerləşən, şəhərin bütün nöqtələrinə rahat yolu olan Azure Biznes Mərkəzi aktiv iş fəaliyyəti üçün maksimal komfortlu şəraitə zəmanət verir.