Xidmətlərimiz

Azure Biznes Mərkəzində səmərəli iş fəaliyyəti üçün ən xırda detallar belə düşünülüb:

- ayrıca giriş,

- qaraj,

- kondisioner,

- mərkəzləşdirilmiş isitmə və havalandırma sistemləri,

- isti-soyuq suyun fasiləsiz təminatı,

- içməli suyun filtirasiyası üzrə müasir sistem,

- xüsusi enerji altstansiyası və generator,

- enerjiyə qənaət sistemi,

- yüksək sürətli İnternet,

- peyk televiziyası,

- eləcə də bir sıra xidmətlərin təqdim olunması.

Bakıda ilk dəfə olaraq çoxfunksiyalı kompleksin idarə olunması nüfuzlu beynəlxalq şirkət tərəfindən, dünya standartları səviyyəsində və ən yeni texnologiyaların tətbiq edilməsi ilə həyata keçiriləcək.

 

Servis xidmətləri

- Texniki xidmət, kompleks konstruksiyası elementlərinin, eləcə də xoll, pilləkən və mühəndislik avadanlığının əsaslı, cari və profilaktik təmiri,

- Köməkçi sahələrin və həyət ərazisinin daxili işıqlandırılması, kompleksin xaricdən (çöl tərəfdən) işqlandırılması,

- Kondisioner, mərkəzləşdirilmiş isitmə və havalandırma sistemləri üzrə texniki xidmət,

- Mərtəbələrin yığışdırılması və zibilin çıxarılması.

 

Təhlükəsizlik və yanğından müdafiə

Biznes Mərkəzinin bütün ərazisi etibarlı şəkildə qorunur. Ən müasir texniki avadanlıq və siqnalizasiya ilə təchiz olunmuş daxili və xarici təhlükəsizlik sistemləri,  24 saat videomüşahidə aparan mərkəzi post, turniket və maqnit kartları ilə giriş sistemi  güvənli təhlükəsizliyə zəmanət verir.

Mərkəzin bütün ofislərində ən müasir yanğından müdafiə sistemi, tüstüçəkən sistemi, yanğından xəbəredicilər və yanğınsöndürənlər quraşdırılıb.

Biznes mərkəzində həmçinin yanğının operativ şəkildə söndürülməsi üçün sprinkler sistemi (yüksəktəzyiqli su nasosları) nəzərdə tutulub.